26.01.2021

Ağcabədi rayon ümumtəhsil məktəblərində psixoloji maarifləndirmə, psixoloji diaqnostika, psixoloji profilaktika, psixoloji məsləhət (konsultasiya) istiqamətləri üzrə tədbirlər həyata keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2019-cu il tarixli F-260 nömrəli əmrindən irəligələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Ağcabədi rayon Təhsil Şöbəsində “Tədbirlər plan”ı təsdiq edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Həmin “Fəaliyyət Planı”na əsasən Ağcabədi rayon ümumtəhsil məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir. Yanvar ayı ərzində rayonun ümumtəhsil məktəblərində şagirdlərin psixoloji diaqnostikası şagirdlərin yaşlarına uyğun əyləncəli psixoloji testlər vasitəsilə aparılmış, diaqnostikanın nəticələri şagirdlər arasında online görüş zamanı müzakirə olunmuşdur.  Növbəti aylarda da bu testlərin davamlı aparılması, şagirdlərin ehtiyac duyduğu mövzularda psixoloji müzakirələrin aparılması planlaşdırılmışdır.


Açar sözlər: ,  ,  ,