15.02.2021

“Xocalı-Sağalmaz yaram mənim” adlı sərgi nümayişinə başlanılıb

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq 13 fevral 2021-ci il tarixdən etibarən Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Xocalı– Sağalmaz yaram mənim” adlı sərgi nümayişinə başlanılıb. Sərgidə faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallardan və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərləri nümayiş etdirilir. Sərgi 27 fevral 2021-ci il tarixədək davam edəcəkdir.

 


Açar sözlər: