17.02.2021

Monitorinqlər davam edir

 

    Ağcabədi rayon ümumtəhsil məktəblərində əyani tədrisin qismən bərpa olunması ilə əlaqədar olaraq pandemiya dövrü ərzində “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na nəzarəti gücləndirmək məqsədi ilə  Ağcabədi rayon Təhsil Şöbəsinin  əməkdaşları gündəlik məktəblərə gedir və tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.   

    Monitorinqlər zamanı şagird sayı çox olan ümumtəhsil məktəblərində kiçik nöqsanlar aşkar edilib və  müəyyən edilmiş kiçik nöqsanlar yerindəcə aradan qaldırılıb. 

    Ənənəvi tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.

 


Açar sözlər: ,  ,