19.02.2021

Ağcabədi rayon ümumi təhsil məktəblərində 21 fevral “Ana dili günü”nə həsr edilmiş tədbirlər keçirilib  

        Ağcabədi rayon ümumtəhsil məktəblərində 21 fevral “Ana dili günü”nə həsr edilmiş tədbirlər keçirilib. Eyni zamanda M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbdə bu mövzu ilə əlaqəli bütün siniflərdə Azərbyacan dili və ədəbiyyat dərsində dilimizlə bağlı söhbətlər aparılıb, onlayn tədbirlər keçirilib. Tədbirlərdə məktəb müəllimləri və şagirdlər iştirak ediblər.  Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə danışan tədbir iştirakçıları həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin hər kəsin mənəvi borcu olduğunu diqqətə çatdırıblar.

          Bu tədbirlər şagirdlər arasında dilimizə vətənimizə olan sevgi və  məhəbəbtin tərrənümüdür.  Keçirilən tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 


Açar sözlər: ,  ,