21.02.2021

21 fevral - Beynəlxalq Ana dili günü münasibəti ilə tədbir keçirilib

         21 fevral - Beynəlxalq Ana dili günü münasibəti ilə M.Aranlı adına 11 saylı tam orta məktəbində tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi bildirib ki, Beynəlxalq Ana dili Günü 1999-cu il noyabrda UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.

        Beynəlxalq Ana dili günü 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır. Bunun qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ili Beynəlxalq Ana dili günü elan etməsi ilə rəsmi olaraq tanınıb. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar söyləyiblər.


Açar sözlər: ,