17.05.2021

İnşa yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilmiş Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş ”Heydər Əliyev və Müstəqil Azərbaycan” başlığı altında onlayn inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

Qeyd edək ki, 27 aprel – 06 may 2021-ci il tarixlərdə keçirilmiş 34 nəfər gəncin iştirak etdiyi inşa yazı müsabiqəsində Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbin şagirdi Fətəliyeva Xədicə Mübariz qızı I yerə, Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyinin şagirdi İbrahimova Qumru Akif qızı II yerə, Məmməd Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Həsənova Sevinc Yasin qızı isə III yerə layiq görülüb.

 


Açar sözlər: ,