18.05.2021

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

        Ağcabədi şəhər 1 saylı tam orta məktəbində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət Kazımova 1921-ci ildə ADPU-nun yaranma tarixi barədə məlumat verib. 100 il ərzində böyük inkişaf yolu keçmiş ADPU-nun bu gün Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsindən danışan S.Kazımova bildirib ki, universitet son illərdə yüksək sürətlə inkişaf edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı dövlət başçısının təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə uğurla çalışırlar. Tədbirdə məktəbin müəllimləri, valideyinlər, ali məktəbə qəbul olunmuş tələbələr və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.


Açar sözlər: ,