21.05.2021

"Lütfi Zadə-100" mövzusunda açıq dərs keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırlanmış tədbirlər planına uyğun olaraq Mehrablı  kənd 1 saylı tam orta məktəbin VII sinif şagirdləri ilə informatika fənnindən "Professor Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olunmuş “açıq dərs” keçirilib. Açıq dərsdə Lütfi Zadənin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi elm və istehsalatda geniş şəkildə tətbiq olunduğu qeyd olunub. Açıq dərs zamanı bildirilib ki, "Qeyri səlis məntiq nəzəriyyəsi"ndən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq". Dərsdə məktəbin direktoru iştirak edib.

 


Açar sözlər: ,