04.06.2021

Ağcabədi şəhər 1 saylı orta məktəbin şagirdləri məktəbin məzunu şəhid Akif Abbasovun məzarını ziyarət ediblər

          Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Şəhidin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Şəhid hərbçi 22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra medalla təltif edilib.

         Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi Sevinc Baxşəliyevanın rəhbərliyi altında VI, VIII sinif şagirdləri şəhidin məzarını ziyarət ediblər. Şagirdlər hələ orta məktəbdə oxuyanda yüksək əxlaqi keyfiyyəti, çalışqanlığı və vətənpərvərliyi ilə seçilən şəhidimizin ruhuna şeirlər səsləndiriblər. Şəhidin məzarı qarşısında yaxşı oxumağı, vətənə torpağa bağlı olmağı, vətənpərvər bir vətəndaş kimi böyümələri üçün şəhidlərin ruhuna and içiblər.


Açar sözlər: ,