07.06.2021

Məktəblərdə reproduktiv sağlamlıq mövzusunda seminarlar keçirilib

Ağcabədi rayonunun ümumtəhsil məktəblərində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminarlar təşkil olunub.

Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılıb.

 


Açar sözlər: