08.06.2021

“Azərbaycan dili-milli varlığımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin VIII, IX sinif şagirdləri arasında “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib. Yarışda məktəbin azərbaycan dili ədəbiyyat müəllimi Arzu Talıbova, məktəbin direktoru Səadət Kazımova iştirak ediblər. İnşaların mövzusunda Azərbaycan dilinin gözəlliyi, sevilməsi, şairlərin bu dilə şeirlər, musiqilər itaf etməsindən söhbət açılıb. IX sinif şagirdi Gülay Hüseynova qalib seçilərək məktəb direktoru tərəfindən diplomla təltif edilib.

 

 


Açar sözlər: ,