10.06.2021

Yay məktəbinin təşkili ilə əlaqədar məktəb rəhbərləri ilə onlayn görüş keçirilib

Koronavirus (COVİD-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədi ilə 2021-ci ilin 16-30 iyun tarixlərində bütün ümumi təhsil müəssisələrində yay məktəblərinin təşkili nəzərdə tutulur. Bu məqsəd ilə Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, Region üzrə Təhsil meneceri Dəyanət Fərzəliyev və məktəb rəhbərlərinin iştirakı ilə onlayn görüş keçirilib.

Yay məktəbinin təşkili ilə əlaqədar məktəb rəhbərlərinə bir daha ətraflı məlumat verilib. Məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: