11.06.2021

15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

            15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq şəhər 1 saylı tam orta məktəbin VIII və IX sinif şagirdləri və məktəbin Azərbaycan dili müəllimi Arzu Talıbovanın təşkilatçılığı ilə tədbir keçirilib. Arzu Talıbova çıxış edərək Ulu Öndərin gənclər siyasətindən, onun gənclərə tövsiyyələrindən, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən və Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edib. Daha sonra tədbir müzakirə formasında davam etdirilib. Müzakirə zamanı şagirdlərlə birlikdə Ulu Öndərin siyasi irsi və fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.

 


Açar sözlər: ,