28.06.2021

“Sudan səmərəli istifadə” mövzusunda tədbir keçirilib

        Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə “Su probleminin yaranma səbəbləri”, “Sudan səmərəli istifadə” mövzularında tədbir keçirilib. Şagird və müəllimlər üçün təqdimatlar, sosial videoçarxlarlar nümayiş etdirilib, sual və cavablar üçün vaxt verilib. İçməli və sənaye su anlayışının fərqləndirilməsi və ondan səmərəli və ehtiyatlı istifadə problemləri müzakirə edilib, su anbarlarının istismarı, torpaq su ehtiyatlarının və Xəzər dənizinin çirklənməsi problemləri, ailədə və məktəbdə suyun istifadəsi və məişət suyundan istifadənin azaldılması üçün praktiki tövsiyələr verilib.


Açar sözlər: ,