15.07.2021

II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

15 iyul 2021-ci il tarixdə Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-lisey və C.İbrahimov adına 8 saylı tam orta məktəbdə Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. Ağcabədi və Ağdam rayonları üzrə M.F.Axundov adına 3 saylı məktəb-liseydə 268 nəfər, C.İbrahimov adına 8 saylı tam orta məktəbdə isə 264 nəfər şagird iştirak edib. Heç bir qayda pozuntusu aşkarlanmayıb, imtahan uğurla başa çatıb.