29.08.2021

Şəhid Mirağa Əliyevin doğum günü qeyd olunub

 

29 Avqust 2021-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində şəhid Mirağa Musa oğlu Əliyevin doğum günü münasibəti ilə xatirə bulağının açılışı mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatı yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələriilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, şəhidin ailə üzvləri, şəhid anaları, kənd sakinləri iştirak ediblər. Bulağın açılışından sonra Mirağa Əliyevin məzarını ziyarət edən tədbir iştirakçıları şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, Mirağa Əliyev 29 avqust 2000-ci ildə Xocavənd kəndində anadan olub. 30 sentyabr 2020-ci iltarixdə Füzuli istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub.

"Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medallarıilə təltif olunan baş kəşfiyyatçı Mirağanın doğum günü onsuz qeyd olundu.  Amma onun adı yaddaşlara elə yazılıb ki, hər zaman, hər an bizimlədir, qəlbimizdədir!
Allah rəhmət eləsin!