16.09.2021

Ağcabədi rayonunda məktəb açılışı

            Sentyabrın 16-da Ağcabədi rayon T.Əliyeva adına Xocavənd kənd 2 saylı tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. 

         Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,  Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Zahid Təhməzov iştirak edib.

         Bildirilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir.  11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  2 laboratoriya, 2 texnologiya,  1 informatika və gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.

           Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.