05.10.2021

Ağcabədi rayon üzrə təhsil işçiləri təltif edilib

Azərbaycan Respublikası Təhsil nazirinin 05 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Ağcabədi şəhər 9 saylı tam orta məktəbin ingilis dili müəllimi Muradova Rəna Səməd qızı “Əməkdar müəllim” fəxri adına, Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Xədicə Məhərrəm qızı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ” ilə təltif olunublar. Təltif olunan müəllimləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. Ağcabədi rayon təhsil işçiləri adından cənab nazir Emin Əmrullayevə dərin minnətdarlığımızı bildiririk.

 


Açar sözlər: