04.10.2021

Ağcabədi rayonu Qaravəlli kəndində şəhid Xəzər Bayramovun xatirəsi anılıb

03 oktyabr 44 günlük Vətən müharibəsində şəhid olan Xəzər Azad oğlu Bayramovun anım günüdür. Anım mərasimində şəhidin ailə üzvüləri, yaxınları, rayon rəsmiləri, yerli sakinlər və şəhid valideyinləri  iştirak ediblər. Xəzər Azad oğlu Bayramov 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində tankçı kimi Xəzər yaxından iştirak edib. 2020-ci ilin 3 oktyabrında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi doğulduğu Ağcabədi rayonunun Qaravəlli kəndində torpağa tapşırılıb. 3 oktyabr 2021-ci il tarixində Qaravəlli kəndində şəhid Xəzər Bayramovun anım mərasimi keçirilib. Şəhidin ailə üzvüləri, doğmaları, kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər. Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbinin V sinif şagirdi Mircəmil Əliyev şəhidin məzarı yanında şəhidlər haqqında şeir səsləndirib.

Xəzər Bayramov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulini azad edilməsinə görə" medalları ilə (ölümündən sonra) təltif olunub.