15.10.2021

Şəhid Xəyal Həziyevin anım günü qeyd olunub

 

Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin məzunu Həziyev Xəyal Feruz oğlunun xatirəsini əbədiləşdirmək üçün tikilmiş xatirə bulaq kompleksinin açılışı olub. Tədbirdə  S.Vurğun adına  4 saylı məktəbin müəllim və şagirdləri də iştirak ediblər. Tədbirdə məktəbin direktoru çıxış edərək Xəyalın keçdiyi qısa və mənalı ömür yolundan, Vətən müharibəsi dövründə qəhrəmanlığından danışıb.

Həziyev Xəyal Feyruz oğlu 20 dekabr 1987-ci ildə Ağcabədi rayonunda dünyaya göz açıb. 1994-cü ildə Ağcabədi rayon S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin birinci sinifinə daxil olub, 2005-ci ildə həmin məktəbin on birinci sinfini bitirib. Həqiqi hərbi xidmətini Murov dağ istiqamətində keçən Xəyal Vətənin dar günündə də onun harayına yetişir. Sentyabrın 30-da könüllü olaraq səfərbərliyə qoşulan Xəyal Vətən müharibəsində torpaqlarımız uğrunda 14 gün qəhrəmancasına vuruşur. 15 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yetişir. Doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə təltif olunub (ölümündən sonra).

 


Açar sözlər: ,