20.10.2021

Ağcabədi rayonunda futbol idman növü üzrə rayon turniri keçirib

19-20 oktyabr 2021-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində futbol idman növü üzrə məktəblilər arasında rayon turniri keçirilib.

Turnirin açılış mərasimində Ağcabədi Rayon Gənclər və İdaman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev çıxış edərək iştirak edən komandalara uğurlar arzu ediblər. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan futbol turnirində 11 komanda iştirak edib.

Turnirin yekun nəticələrinə əsasən M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası isə III yerə laiq görülüb. I,II,III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

 


Açar sözlər: