15.11.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru tədbirdə çıxış edərək Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam imzalamasını Aşıq Ələsgər yaradığıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymətin və dövlət qayğısının bariz nümunəsi olduğunu deyib. Məktəbin şagirdləri Aşıq Ələsgərin şeirlərindən parçalar söyləyib, onun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

 


Açar sözlər: ,  ,