20.11.2021

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil edilib

Ağcabədi şəhər M.F.Axundov adına 3 sayli məktəb liseydə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil edilib. Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi çıxış edərək Aşıq Ələsgərin həyat və yaradıcılığından danışıb.  

Tədbirdə  Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb. İştirakçılar aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar ediblər. Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.

 


Açar sözlər: ,  ,