12.12.2021

Ağcabədi rayonunda ulu öndər Hedər Əliyevin anım günü qeyd olunub

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatından 18 il keçir. Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da dahi liderin xatirəsi yad edilir, silslə tədbirlər keçirilir, onun xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Dekabrın 12-də Ağcabədi rayonunda Anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri Ümummilli Liderin adını daşıyan meydanda onun abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.


Açar sözlər: